“Şəhid anası” ordeni təsis edilə bilər
20 Oktyabr 2021 20:34 SiyasətAzərbaycanda "Şəhid anası" ordeninin təsis edilməsi təklif edilib.
Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.
Komitə sədri həmçinin təklif edib ki, televiziyalarda uğurlu qadın obrazı seçilərkən şou-biznes nümayəndələri deyil, alim, dövlətçi, sahibkar qadınlar, şəhid anaları və həyat yoldaşları diqqət mərkəzinə gətirilsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31