Ermənistan kommunikasiyaların açılması üçün əməli addımlar atmalıdır - Ceyhun Bayramov
20 Oktyabr 2021 14:03 SiyasətAzərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün konstruktiv mövqe nümayiş etdirir.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri Qordan Grliç Radman ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan regionda kommunikasiyaların açılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirir:
"Ermənistan tərəfi də bu istiqamətdə əməli addımlar atmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31