Rusiya, Əfqanıstana humanitar yardım göndərəcək
20 Oktyabr 2021 13:00 SiyasətOlaylar.az TASS-a istinadən xəbər verir ki, Moskva Əfqanıstana humanitar yardımların çatdırılması istiqamətində çalışır.
Bu barədə Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov Rusiyanın Əfqanıstana məsləhətləşmələrinin üçüncü turu çərçivəsində bildirib.
"Bunun üzərində işləyirik. Tarixi olan kimi sizə xəbər verəcəyik" deyə Jirnov söyləyib.
Moskva oktyabrın 20-də Əfqanıstanla bağlı Moskva məsləhətləşmələrinin üçüncü turuna ev sahibliyi edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31