Putin son kartını oynadı: Kremldən tələb
19 Oktyabr 2021 21:51 SiyasətRusiya Almaniya və Avropa Birliyinə qaz tədarükünü artırmaq qarşılığında "Şimal axını 2" layihəsinin işə salınmasını tələb edib.
"Ölkə.Az" Haber7-yə istinadən xəbər verir ki, Rusiya Avropanın qaz böhranı ilə üzləşməsindən istifadə edərək "Şimal axını 2" layihəsinin işə salınmasını və adı çəkilən kəmərlə qaz nəql etməkdə maraqlı olduğunu bəyan edib.
"Qazprom"a və Kremlə yaxın şəxslərin verdiyi xəbərə görə, Rusiya Almaniyadan və Avropa Birliyindən təbii qaz tədarükünü artırmaq qarşılığında boru kəməri ilə Avropaya nəql etməyə başlamaq üçün lazımi qanuni icazələrin verilməsini tələb edir.
Kremlə xüsusi yaxınlığı ilə seçilən deputat Konstantin Kosaçev mətbuata açıqlamasında Rusiyanın bu mövzuda tələbini açıq şəkildə ifadə etməsə də, verdiyi müsahibədə "təkcə bizə aid olmayan səhvləri düzəltmək üçün yardıma gedə bilmərik" deyib: "Bütün müqavilə şərtlərimizi və bütün öhdəliklərimizi yerinə yetiririk. Bundan kənar məsələlər isə könüllü və qarşılıqlı faydalı müqavilələrlə həyata keçirilməlidir".