İlham Əliyev Ərdoğana başsağlığı verib
19 Oktyabr 2021 19:28 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
"Margin.az" xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
"Baykar" şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və yaxınlarınıza səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Mənbə: margin.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31