Şoyqu İran Baş Qərargah rəisi ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

Olaylar.az RİA NOVOSTİ-ə istinadən xəbər verir ki, Rusiya İranla hərbi əməkdaşlığın dinamik və çoxşaxəli xarakterini qorumağa hazır olduğunu bildirib. 

Bu barədə oktyabrın 19-da Moskvada Rusiya müdafiə naziri Sergey Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri ilə görüşü zamanı söyləyib.

"Bizim əlaqələrimiz çox dinamik inkişaf edir və çox şaxəlidir. Bunun canlı təsdiqi bizim beynəlxalq terrorizmə qarşı böyük birgə mübarizəmizdir. Biz bundan sonra da əlaqələrimizin inkişaf etdirilməsi üçün əlimizdən gələni  göstərməyə hazırıq. Bu sahədə atılacaq növbəti addımlarla bağlı müzakirə etməli olduğumuz bir neçə  mövzu var. Biz bundan sonra da əlaqələrimizin inkişaf dinamikasının qorunması üçün hər bir səy göstərməyə hazırıq" -  deyə Şoyqu söyləyib.

Əlavə olaraq Şoyqu bildirib ki, Suriya ərazisində Rusiya və İran beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31