Ərdoğan Füzuli Hava Limanının açılışında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılacaq.

Açılış günü 26 oktyabrda baş tutacaq.

Olaylar.az verir ki, Türkiyə hər zaman haqq işini dəstəklədiyi Azərbaycanı bu xoşbəxt gündə də tək qoymayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 14 yanvarda təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanı ən yüksək beynəlxalq standartlara uyğun olaraq 8 ay ərzində inşa edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31