Zelenski Rusiya prezidenti ilə görüşməyə hazırdır
19 Oktyabr 2021 14:40 SiyasətOlaylar.az TASS-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə istənilən formatda görüşməyə hazır olduğunu bildirib.
"Ukrayna, öz növbəsində, Rusiya Prezidenti ilə istənilən formatda görüşə hazırdır" - deyə Zelenski söyləyib.
Bundan başqa, Zelenski yeni Normand Dördlüyünün (Almaniya, Rusiya, Fransa, Ukrayna) görüş şansını qeyd edərək, Kiyevin belə bir görüşə hazır olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31