Ersin Tatar Türkiyəyə səfər edəcək
19 Oktyabr 2021 12:04 SiyasətKuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar yaxın günlərdə Türkiyəyə işgüzar səfər edəcək. Bu barədə məlumatı "OLAYLAR"-a Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) sədri Hikmət Eren verib. Bildirib ki, Kuzey Kıbrıs prezidentinin Türkiyə səfəri oktyabrın 21-də baş tutacaq. Səfər zamanı Ersin Tatar EkoAvrasiyanın hər il ənənəvi olaraq təşkil etdiyi Avrasiya Xidmət Ödülləri mükafatlarının təqdimetmə mərasiminə qatılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31