Azərbaycanlı vəkil Haaqa Məhkəməsində Ermənistanı ifşa etdi

Azərbaycanın Ermənistanla bağlı şikayəti əsasında Hollandiyanın Haaqa şəhərində yerləşən BMT Beynəlxalq Məhkəməsində məhkəmə iclası keçirilib. "Olaylar" xəbər verir ki, Azərbaycan tərəfini məhkəmədə hüquqşünas Elnur Məmmədov təmsil edib. O, BMT-ni Ermənistana qarşı məhdudlaşdırıcı tədbirlər görməyə çağırıb. Elnur Məmmədov 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan hərbçilərinin azərbaycanlılara qarşı Xocalı şəhərində etnik təmizləmə apardığını diqqətə çatdırıb."Ermənistan hərbçilərinin gözündə onların yeganə günahı etnik azərbaycanlı olmaları idi"-, deyə Məmmədov faciə barədə məlumat verib.

Azərbaycan Ermənistanın bu günə qədər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını diqqətə çatdırıb. Rəsmi Bakı Ermənistandan vurulmuş zərərə görə kompensasiya tələb edir və məhkəmə prosesinin davam etdiyi müddətdə gərginliyin qarşısını almaq üçün müvəqqəti məhdudlaşdrıcı tədbirlər görməsini istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31