Münaqişə artıq öz həllini tapıb

"Bütövlükdə post münaqişə dövrü sakit keçir. 2020 - ci il noyabrın 9 -dan 10- na keçən gecə Rusiya,Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandi. Bəyanat Ermənistan - Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi". Bunu "Olaylar"a deyən  Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbin müəlliməsi Nərgiz İmanovanın sözlərinə görə, münaqişə hərbi - siyasi yolla həll edildi. Üçtərəfli Bəyanata müvafiq olaraq Qarabağ ərazisinə Rusiya sülhməramlıları yerləşdirildi.Azərbaycanın Ağdam rayonunun ərazisində   Azərbaycan tərəfi Rusiya - Türkiyə monitorinq mərkəzi  yaratdı. Azerbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır.

Onun sözlərinə görə, azad edilmiş ərazilərimizdəki minaların təmizlənməsi qarşımızda duran əsas problemlərdən biridir: "Müharibədən sonra 150 dən cox vətandaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alib.Təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş Azərbaycan ərazisi narkotrafik üçün istifadə olunmuşdur. Azərbaycanın İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qalmışdır.İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşurutuna son qoyulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31