Dəbdəbəli geyimləri ilə qadınların simvoluna çevrilən baş nazir - FOTOLAR
18 Oktyabr 2021 22:03 SiyasətGeyindiyi bahalı ayaqqabıya görə tənqid edilən sabiq baş nazir və siyasətçi cavabında belə deyib: "Deyirsiniz qaloşda gəzək?"
"Ölkə.Az" xarici KİV-ə istinadla xəbər verir ki,Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko dəbli geyimləri və lüks həyatı ilə seçilir.
2019-cu ilin oktyabrında Radada çalışan yerli fotoqraflardan birinin çəkdiyi fotoşəkil bütün Ukrayna mediasının diqqətinə səbəb oldu. Fotoda Yuliya Timoşenkonun qiyməti min dollardan baha yeni "Prada" kolleksiyasından olan ayaqqabısını paylaşmışdı. Bəzi sosial media istifadəçiləri siyasətçinin seçimini tənqid edərək gəlirlərini müzakirə etməyə başladılar. Digərləri onun müdafiəsinə qalxdılar: "Sizcə, indi də qaloşlarla gəzsinlər? ".

Timoşenko isə bütün bunlara cavab olaraq siyasətə gözəllik gətirmək istədiyini deyib.
Timoşenko lüks geyimlərə aludəçiliyi bir çox cəhətdən, ABŞ -ın keçmiş birinci xanımı Jaklin Kennedinin geyim üslubundan ilham alıb.
Siyasətçi obraz seçiminə çox diqqətlə yanaşır və eyni paltarda iki dəfə görünməməyə çalışır.
Medianın yazdığına görə, Timoşenko hakimiyyətdə olarkən rəsmi tədbirlərdə 200-dən çox qəşəng geyim nümayiş etdirib. Bu geyimlərin bəziləri ukraynalı dizaynerlər tərəfindən yaradılıb, lakin əksəriyyəti dünya lüks markalarıdır. Hələ də "Cartier" brendinin zinət əşyalarından istifadə edir. Geyimlərində isə daha çox "Chanel", "Louis Vuitton", "Dior" brendlərinə üstünlük verir.

"Louis Vuitton" hökumətə başçılıq edən Timoşenkoya aşiq olur və 2000-ci illərin əvvəllərində ictimaiyyətə göründüyü demək olar ki, bütün geyimləri və çantalar bu markanın kolleksiyalarından olub. Sonralar siyasətçi tədricən "Chanel"ə keçib. Deputat olarkən tədbirlərin birinə dəyəri iki min dollardan çox olan bir moda evinin loqotipi olan ağ inci boyunbağı ilə, digər işgüzar görüşlərin birində dörd min dollara yeni kolleksiyadan bir jaket geyinməsi səs-küyə səbəb olub.

Siyasi karyerası ərzində Timoşenko imicini bir neçə dəfə dəyişməli olub. O, daha çox saş düzümü ilə yadda qalıb. Ukrayna milli geyim tərzində uyğun olaraq saç düzümü ilə "ukraynalı xanım" şəklində ictimaiyyət qarşısına çıxmağa başlayıb.
Jurnalistlərdən biri niyə imicini dəyişmək qərarına gəldiyini soruşduqda isə siyasətçi belə cavab verib:
"Ərim saçlarımın uzanmasını istəyirdi, siyasət rəsmi bir şeydir. Ona görə də saçlarımın darmadağın görünməməsi üçün hörmək qərarına gəldim. Saçı hörmək daha yaxşıdır".
Ancaq siyasi texnoloqlar isə hesab edirlər ki, bu cür saç düzmü daha çox Yuliyanın özünü ukraynalı obrazı verməklə həddindən artıq cinsəllikdən qurtarmaq üçün icad edilib. Başının ətrafındakı hörgü onun "vizitkartına" çevrilib. Hətta Qərb gözəllik salonlarında bu saç düzümü "Timoşenko dəbi" ləqəbini alıb.

Tədricən, siyasətçi Ukrayna üslubunun simvolu oldu, şəkilləri moda jurnallarının üz qabıqlarını bəzəməyə başladı. Nəticədə Forbes Timoşenkonu ən nüfuzlu qadınlar siyahısına salmalı oldu.
Lady Yu gözlənilmədən örgüsünü açanda, bir çoxları bir növ dəyişiklik gözləməyə dəyər olduğuna qərar verdilər. İmic dəyişikliyi böyük bir siyasi dəyişikliyə - parlamentin buraxılması tələbinə təsadüf etdi. Saç düzümü bir növ siyasi barometrə çevrildi.
Üç il əvvəl Y.Timoşenko və həyat yoldaşı Aleksandr evliliklərinin 40 illiyini böyük miqyasda qeyd ediblər. 1990-cı illərin ortalarında Timoşenko cütlüyü Mərkəzi və Şərqi Avropanın ən uğurlu şəxsi sahibkarlarından biri olub.
Hazırda Timoşenko ailəsi ilə paytaxt Kiyevin yaxınlığında elit malikanədə yaşayır. Onun yaşadığı malikanə də çox müzakirə edilən məsələlərdən biri olub. Məcburiyyət qarşısında qalan Yuliya 7 il əvvəl malikanəsini ictimai fəalların üzünə açdı. Sosial mediaya sızan fotoşəkillər evin dəbdəbəli mebellərlə, divarlarının isə bahalı rəsm və qobelenlərlə bəzədildiyini göstərir.

Gizli işarələr
Yuliya Timoşenko 55 yaşında yenidən saş düzümünü dəyişərək, hörüklərini açmalı oldu. Çoxlarının erotik hesab etdiyi ağ bədənli paltar geyinməyə başladı. Bu geyim formasına görə, o "Beşinci Element" filmindəki Milla Yovoviçin qəhrəmanı ilə müqayisə edildi.
Jurnalistlər və moda tənqidçiləri bir məsələdə razılaşırlar ki, 60 yaşlı Timoşenko yaşından xeyli gənc görünür. Hətta onun yaşından 20 yaş kişik göründüyünü belə qeyd edirlər. O, hazırda uzun düz saç düzüm, eynəksiz, dəbli zinət əşyaları geyinir. Aristokrat mirvari boyunbağı və almaz sırğa taxır. Yuliya Timoşenkonun geyim seçimi isə rəqiblərini hələ də əsəbiləşdirir.
Mənbə: olke.az







