Belarusun Fransadakı səfiri geri çağırılıb
18 Oktyabr 2021 18:12 SiyasətOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Belarusun Fransadakı səfiri İqor Fisenko məsləhətləşmələr üçün Minskə geri çağırılıb.
Bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoly Qlaz bildirib.
Məlumata görə, oktyabrın 18-də Fransa Xarici İşlər Nazirliyi ötən gün mediada fransanın səfiri Nikolas de Lakotun Belarus hakimiyyətinin qərarı ilə əlaqədar Minski tərk etməsi barədə yayılan məlumatı təsdiqləyib.
"Belarusun Fransadakı səfiri İqor Fisenko məsləhətləşmələr üçün Minskə geri çağırıldı", - deyə Qlaza söyləyib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31