Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi
18 Oktyabr 2021 13:11 SiyasətAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.
Olaylar.az xəbərinə görə, paylaşımda deyilir:
"Bu gün biz dövlətin suverenliyini, xalqımızın azadlığını, möhkəm iradəsini və həmrəyliyini təcəssüm etdirən Müstəqilliyin Bərpası Gününü qeyd edirik. Bütün Azərbaycan xalqını bu bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi, sevinc və xoşbəxtlik arzulayıram. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirəm. Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31