“Müstəqilliyin bərpasına xalqımız şox çətinliklərdən keçərək gəldi”- Aydın Mirzəzadə

"Bu gün Azərbaycanın müstəqilliyini bərpa edilməsinin 30 illlik yubileyidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib: "Həmin tarixdə Azərbaycan xalqı uzun fasilədən sonra müstəqil yaşamaq hüququnu bərpa etdi. Müstəqilliyin bərpasına xalqımız şox çətinliklərdən keçərək gəldi. Elə 30 il də çətin mərhələrdən keçməklə şərəfli tariximizi davam etdirdi. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev siyasi xətti, axırıncı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyini möhkəmləndirdi, dünya birliyində layiqli yerini tutdu. Ötən ilin 44 günlük Vətən Müharibəsində isə ərazi bütövlüyümüz bərpa edildi, suveren hquqlarımız bir daha təsdiq edildi. Bu gün Azərbaycan milli maraqlarını qoruyan, şərəfli tarixini yazan güclü bir dövlətdir. Müstəqilliyimiz isə vətəndaşlarımızın torpağa və dəyərlərimizə bağlılığı ilə həmişə yaşayacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31