Ermənistanın mina xəritələrini verməməsi bərpa işlərinə xüsusi əngəl törədir - Ceyhun Bayramov
18 Oktyabr 2021 13:10 SiyasətErmənistan tərəfindən mina xəritələrinin təqdim edilməməsi işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə xüsusilə əngəl törədir.
Olaylar.az bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistan mina xəritələri ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirir:
"Ermənistan uzun müddət ərzində mina xəritələrini təqdim etmirdi. Bunun nəticəsində 167 nəfər Azərbaycan vətəndaşı həyatını itirib və ya yaralanıb. Yalnız 8 aydan sonra xəritələrin kiçik bir hissəsini təqdim etdilər və onların da keyifəyyiti çox aşağı səviyyədədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31