“Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur”-Deputat
18 Oktyabr 2021 13:12 Siyasət"18 Oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Müstəqillik bir xalqın taleyinə yazılmış ən böyük xoşbəxtlikdir. Bu gün dünyada 3000-dən artıq xalq, 200-ə yaxın dövlət var. Bu da onu göstərir ki, bu xoşbəxtlik hər xalqa nəsib olmayıb. Bizim qarşımızda duran ən vacib vəzifə bu müstəqilliyi möhkəmləndirmək və qorumaqdır. Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan da çətindir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinəı görə, qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur: "Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması, respublika iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması, xalqın rifah halının mütəmadi olaraq yüksəlməsi müstəqilliyimizin sübutudur. Bu gün inamla deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət nəticəsində Azərbaycan Respublikası müstəqil dövlət kimi tam formalaşmışdır. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".