Ərdoğan "Afrika kursunu" elan etdi
17 Oktyabr 2021 23:18 SiyasətTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikaya səfərə çıxıb.
Ərdoğan Afrikanın 3 ölkəsinə - Anqola, Toqo və Nigeriyaya səfərindən öncə Atatürk Hava Limanında mətbuata konfransında bildirib ki, indiyədək Afrikanın 28 ölkəsinə 38 dəfə səfər edib.
R. T. Ərdoğan deyib ki, növbəti səfər Türkiyə ilə Afrika arasında yeni mərhələnin başlanğıcı olacaq: "Türkiyə Afrika ölkələri üçün strateji bir ortaqdır. Türkiyə-Afrika əlaqələrini daha da yaxınlaşdırmaq niyyətindəyik".
Qeyd edək ki, səfər oktyabrın 20-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31