Mehriban Əliyeva Füzulidə Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdü - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Füzuli rayonuna səfər çərçivəsində Azərbaycan Ordusunun mayor və polkovnik rütbəli Vətən Müharibəsi Qəhrəmanları ilə görüşüb.

Birinci vitse-prezident bununla bağlı özünün "Instagram" səhifəsində paylaşım edib.

"Qürur hissi!!! Füzuli rayonuna səfər zamanı Vətən Müharibəsi Qəhrəmanları - polkovnik Hüseynov Telman Əsgər oğlu və mayor Səfərov Elvin Sərraf oğlu ilə görüş. Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun!", - deyə paylaşımda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31