İran üçün KRİTİK DÖVR: Bu həftə danışıqlara başlayır - DEPUTAT
17 Oktyabr 2021 21:04 Siyasətİran hökuməti bu həftə ərzində nüvə razılaşması ilə bağlı danışıqlara başlaya bilər.
Bunu iranlı deputat Bəhruz Möhəbbi Nəcm Abadi Tvitter səhifəsində yazıb.
"Xarici işlər nazirimizin sözlərinə görə, nüfuzlu ölkələr sanksiyaların ləğv edilməsi üçün strateji tədbirlərin qəbul edilməsi haqqında qanuna xüsusi diqqət yetirirlər. Hamısı ciddi və aydın bir mesaj alıb. Belə güclü bir vasitə ilə hökumət bu həftə danışıqlara başlayacaq", - iranlı deputat bildirib. //axar.az
Mənbə: kanal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31