"Qorbaçov cinayət məsuliyyətinə cəlb olunmalıdır" - Züqanov
17 Oktyabr 2021 20:26 SiyasətZüqanov Qorbaçovu SSRİ-nin dağılmasına görə mühakimə etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası Kommunist Partiyası liderinin fikrincə, Qorbaçov Sovet İttifaqının mövcudluğunu dayandırmasına görə cinayət məsuliyyətinə cəlb edilməlidir.
"Qorbaçov o qədər də uzaq olmayan yerlərə göndərilməlidir, çünki xalqların vahid bir sovet ölkəsində yaşamaq iradəsini kəsib. 77% buna səs verib", -deyə Züqanov bildirib. Qorbaçovun köməkçisi Pavel Palazçenko URA.RU-ya bildirib ki, SSRİ-nin ilk və yeganə prezidentinin çevrəsi Zyuganovun "Qorbaçova qarşı" bəyanatlarına münasibət bildirmək niyyətində deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31