Türkiyədə Ərdoğanla Merkelin görüşü keçirilir
16 Oktyabr 2021 14:35 SiyasətAlmaniyanın kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə Türkiyəyə səfər edib.
Olaylar.az xəbər verir ki, tərəflərin İstanbul şəhərində görüşü keçirilir.
Qeyd olunur ki, görüş zamanı ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq məsələləri ilə yanaşı, Liviya, Suriya, Əfqanıstan kimi regional məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, 2005-ci ildən Almaniya kansleri olan Angela Merkel bu ilin sentyabr ayında keçirilmiş parlament seçkilərindən sonra yeni hökumətin formalaşdırılmasına qədər vəzifələri icra edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31