Milli Məclis Zəfər Günü ilə bağlı iclas keçirəcək

Milli Məclis 8 Noyabr Zəfər günü ilə əlaqədar xüsusi iclas keçirməyi planlaşdırır. 

Olaylar.az  qafqazinfo-ya istinadən xəbər verir ki, iclasın noyabrın 5-də baş tutması gözlənilir. 

Qeyd edək ki, sözügedən xüsusi iclasda Zəfər Günü ilə bağlı çıxışların edilməsi, iclasın sonunda isə bəyanatın qəbul edilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31