Hulusi Akardan gələcək PLANLAR HAQQINDA
Əfqanıstanda baş verən son hadisələrlə bağlı Milli Müdafiə naziri Hulusi Akar deyib: "Əgər Mehmetçiyin təhlükəsizliyi üçün fərqli bir inkişaf hiss ediriksə, əlavə tədbirlər, müəyyən planlarımız var.
19 Avqust 2021 13:41 SiyasətOlaylar.az TRT HABER-ə istinadən xəbər verir ki ,Əfqanıstanda baş verən son hadisələrlə bağlı Milli Müdafiə naziri Hulusi Akar deyib: "Əgər Mehmetçiyin təhlükəsizliyi üçün fərqli bir inkişaf hiss ediriksə, əlavə tədbirlər, müəyyən planlarımız var. Biz onları həyata keçirəcəyik."
Milli Müdafiə naziri Hulusi Akar Əfqanıstanda hava limanına qarşı hücum və müdaxilələrin olmadığını bildirib. "TSK elementlərinin digər ölkə elementləri ilə birgə işləri nəticəsində təyyarələr hava limanına təhlükəsiz şəkildə enməyə və havaya qalxmağa başladı. Son iki gündə 64 uçuş olub", - deyə o bildirib.