Ermənilər yuz ildən çoxdur ki, “çuxa”mızı geyməyə çalışırlar
Amma əyinlərində palan kimi göründüyünün fərqinə varmırlar
19 Avqust 2021 10:44 SiyasətAmma əyinlərində palan kimi göründüyünün fərqinə varmırlar
Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bir çox mühüm məqamlara, o cümlədən tariximiz və gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə diqqət çəkdi, azərbaycanlıların ad verdiyi yurd yerlərinin, milli toponimlərimizin unudulmamasının və olduğu kimi ifadə olunmasının vacibliyini vurğuladı. Millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli bildirib ki, tarix boyu azərbaycanlıların yaşadığı və xalqımıza məxsus yaşayış məntəqələrinin adları unudulmamalı, daim xatırlanmalıdır: "Cənubi Qafqaza, tarixi Azərbaycan ərazilərinə bu bölgəyə heç bir aidiyyatı olmayan etnik ermənilərin köçürülməsi, təkcə indiki Ermənistan ərazilərin titul xalqı olan azərbaycanlılar üçün deyil, xalqımızın mərhəmətinə sığınan bütün digər xalqların təmsilçiləri üçün böyük faciəyə çevrilib. Soydaşlarımızın deportasiyası, etnik təmizləməyə və soyqırımına məruz qalması nəticəsində bizə məxsus nə varsa dağıdılıb, məhv edilib, erməniləşdirilib. Ermənilər azərbaycanlıların izlərini onlara məxsus olan torpaqlardan silmək üçün bəşər tarixinin ən amansız qətliamlarına, vandalizm aktlarına imza atıblar. Eyni cinayətləri eyni dəst-xətlə Qarabağda da həyata keçirmişdilər. İzlərimizi Qarabağdan da silməyə çalışırdılar. Lakin Ümummilli liderimizin xilas etdiyi Azərbaycan dövləti Prezident İlham Əliyevin iti zəkası, diplomatik məharəti, uzaqgörənliyi və qətiyyəti nəticəsində ermənilərin və onları tarix boyu himayə edənlərin arzularını gözlərində qoydu. Bu gün Azərbaycanın lideri işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın bayrağını ucaldaraq, "Vardenis yox, Basarkeçər, Yerasx yox, Arazdəyən deyin" deyə həmvətənlərinə, gələcək nəsillərə səslənir, xalqımızın strateji hədəflərini nişan verir".
A.Kərimli Azərbaycanın bütün istiqamətlərdə öz dövlət sərhədlərinə sahibləndiyini, tarixi ədaləti addım-addım bərqərar etdiyini qeyd edib:"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri öz sərhədlərinə çıxıb, Zəngəzurda yerləşib və öz mövqelərini möhkəmləndirməkdədir. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər isə tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də... Ölkəmiz Azərbaycan-Ermənistan sərhədində söz sahibidir və bu reallıq heç zaman dəyişməyəcək. Bu baxımdan, cənab Prezidentin də dediyi kimi, əgər Azərbaycanın atdığı addımlar kimisə narahat edirsə, əgər kimsə əsəbləşirsə, necə deyərlər, getsinlər, su içsinlər". Millət vəkili Azərbaycanın müzəffər Ali Baş Komandanının, siyasi liderinin rəhbərliyi altında bütün strateji hədəflərinə çatacağına əmin olduğunu vurğulayıb: "Bu gün biz Kəlbəcərdə, Qubadlıda, Şuşada, Ağdamda, Laçında, Zəngilanda, Füzulidə, Cəbrayılda və işğaldan azad edilmiş digər ərazilərimizdəyik və xalqımız, dövlətimiz tarixi ədaləti sonunadək bərpa edəcək".
Əməkdar jurnalist, siyasi şərhçi Elçin Mirzəbəyli qeyd edib ki, 30 ilə yaxın bir zaman kəsiyində Ermənistanın siyasi hakimiyyətlərinin apardıqları təbliğatın əsas ideoloji sütunlarından olan "yenilməz erməni ordusu" mifini Azərbaycan Ordusu 44 gün ərzində dağıtdı və "erməni əsgərinin məğlubedilməzliyi" haqqında uydurulan bütün əfsanələr bir göz qırpımında sabun köpüyü kimi havaya sövruldu: "Əslində erməni əsgəri tarixin heç bir dövründə məğlubedilməz olmayıb. Onların "məğlubedilməzliyi" hiylə və məkrlə faydalandıqları, həmçinin hər cür iyrənc təyinat üzrə istifadəyə yararlı olduqlarından qulbeçəlik etdikləri mərkəzlərin gücünə sığınmaqdan, hərbi əməliyyatların taleyi həll olunduqdan sanra ən qəddar, ən amansız və ən rəzil cinayətlər törətməkdən ibarət olub. Erməni ordusu dünyanın ən şərəfsiz ordusu, erməni əsgəri isə bəşər tarixinin ən layaqətsiz əsgəridir. Bunu 120 ilə yaxın bir zaman kəsiyində ermənilərin Azərbaycanda, Türkiyədə, Türküstanda, bütövlükdə türklərin yaşadıqları bütün ərazilərdə gerçəkləşdirilən, günahsız insanların, körpələrin, qadınların, yaşlıların misli görünməmiş bir amansızlıqla qətlə yetirilməsi ilə müşayiət olunan soyqırım aktları da sübuta yetirir. Birinci dünya müharibəsinin, Qurtuluş savaşının, Azərbaycan xalqının istiqlal mücadiləsinin nəticələrinə uyğun olaraq, qəhrəman əsgər və zabitlərimizin qarşısından tülkü kimi necə qaçmışdılarsa, 44 günlük Vətən müharibəsi dövründə də eləcə sivişib aradan çıxdılar. Erməni əsgəri heç vaxt Azərbaycan əsgəri ilə üz-üzə döyüşməyib, hər zaman başqalarının arxasında gizlənərək dinc, günahsız insanları atəşə tutub, öz natamamlığının, miskinliyinin, qorxaqlığının qisasını yaşayış məntəqlərini, tarixi və mədəniyyət abidələrini, məscidləri, evləri viran qoymaqla, meşələrı yandırmaqla, çaylara zəhər axıtmaqla almağa çalışıb".
Onun bildirdiyinə görə, erməni əsgərinin Azərbaycan əsgəri, erməni ordusunun Azərbaycan Ordusu ilə üz-üzə qaldığı və gizlənməyə yer tapmadığı ilk imkandaca, ermənilərin öz qüsurlu təfəkkürlərini, natamam, alayarımçıq, min bir mədəniyyətin oğurluq qarışığından tutulan "mən"lərini yemləmək üçün uydurduqları bütün əfsanələr yalnız möhkəm qaçmaları üçün dabamlarına püskürdükləri ağız suyu olmağa yaradı, vəssalam: "44 günlük müharibə dövründə "görkəmli erməni sərkərdələri"nin səsləri gizləndikləri "siçan deçikləri"ndən, bunkerlərdən gəldi, əksəriyyəti isə əsgərlərindən bir neçə kilometr öndə qaçdılar. Xocalıda dinc sakinlərə divan tutan, bəşər tarixinin ən ağır soyqırım cinayətinə qanlı imza atan köçəryanlar, sarkisyanlar, ohanyanlar müharibə zamanı Qarabağa gəlsələr də, qısa bir müddətdən sonra tülkü kimi gizlənərək gəldikləri yerə qaçdılar. "Azərbaycanlılar vuruşmayacaq" deyib özlərinə təsəlli verən bu fərarilər, cəlladlar, qorxaqlar qarşılarında dişiqlə, dırnağıyla, yalın əliylə savaşan, keçilməz dağları aşan, düşmənə göz açmağa imkan verməyən, ölümə meydan oxuyan qəhrəman Azərbaycan oğullarını görüb dünyaya gəldiklərinə peşman oldular. İndi yenidən donquldanmağa çalışan bu çaqqal sürüsü heç olmasa öz parlamentlərinin fərarilərlə bağlı qəbul etdikləri amnistiya aktına və onun icrası barədə sənədlərə nəzər salsın. Özlərinin etiraf etdikləri rəqəm 10 min nəfərdir".
E.Mirzəbəyli bildirib ki, bu gün işğaldan azad edilmiş Azərbaycan ərazilərində törədilən vəhşiliklərin izinə, darmadağın edilmiş, torpağı-daşı daşınmış yaşayış məntəqələrinə, uçurulmuş mədəniyyət abidələrinə, dağıdılmış məscidlərə, məzarlara, viran qoyulmuş evlərə nəzər salanda ermənilərin özləri haqqında uydurduqları miflərin bütün komponentlərini görmək mümkündür. "Qədim tarix və mədəniyyət" barədə bütün dünyaya üfürdükləri yalanları da həmçinin:"Budur düşmənin əsl siması! Erməni tarixi və mədəniyyəti əsasən Azərbaycan və Türkiyə türklərinin, Cənubi və Şimali Qafqazda yaşayan xalqların tarixindən, mədəniyyətlərindən oğurlanmış və erməni obrazında yamaq kimi görünən hissələrdən ibarətdir. Eynilə Ermənistan adlı dövlətin özü kimi... Yoxdur erməni mədəniyyəti! "Erməni mədəniyyəti" Azərbaycanlıların, türklərin, Qafqaz xalqlarının uğursuz parodiyasıdır. Ermənilər yuz ildən çoxdur ki, "çuxa"mızı geyməyə çalışırlar, amma əyinlərində palan kimi göründüyünün fərqinə varmırlar. Bu gün ortalıqda bütün cizgiləri ilə gerçək bir erməni obrazı var! Düşdükləri durumun nə qədər faciəli olduğunu anlamaları üçün isə bircə dəfə güzgüyə, yaxud Bakıdakı Hərbi Qənimətlər Parkının görüntülərinə baxmaları yetərlidir".
Alim