Zəngəzur dəhlizinin açılması Ermənistanın da maraqlarına xidmət edəcək
44 günlük Vətən müharibəsinin başa çatmasından bir ilə yaxın bir müddət keçsə də, lakin hələ də Azərbaycan və Ermənistan tərəfi arasında sülh müqaviləsi bağlanmayıb.
19 Avqust 2021 10:39 Siyasət44 günlük Vətən müharibəsinin başa çatmasından bir ilə yaxın bir müddət keçsə də, lakin hələ də Azərbaycan və Ermənistan tərəfi arasında sülh müqaviləsi bağlanmayıb. Bu azmış kimi Ermənistan müharibənin başa çatmasını özündə ehtiva edən 10 noyabr bəyannaməsinin də maddələrinə də əməl etmir, davamlı olaraq dövlət sərhədində təxribatlara əl atıb, atəşkəs rejimini pozur, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutur. Rəsmi Bakı isə bütün bunlara rəğmən qarşı tərəflə sülh müqaviləsi bağlamaq üçün davamlı səylər göstərir. Ancaq eyni zamanda artan erməni təxribatlarına qarşı da layiqli cavab verir. Dövlət sərhədində erməni təxribatlarının artması və işğalçı ölkədə revanşist qüvvələrin baş qaldırması Azərbaycanı əlavə tədbirlər görmək məcburiyyətində buraxır. Təsadüfi deyil ki, elə ötən həftə "CNN Türk" televiziya kanalına verdiyi msahibədə də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev sözügedən məsələyə toxunub.
xxx
Milli Məclisin deputatı Jalə Əhmədova deyib ki, Prezident İlham Əliyev "CNN Türk" televiziya kanalına verdiyi müsahibəsində müharibədən sonra bölgədəki vəziyyətlə bağlı vacib məsələlərə toxunub, mühüm mesajlar verib. Onun sözlərinə görə, Prezident 30 il ərzində torpaqlarımızın işğal altında olması, bu dövrdə Azərbaycana qarşı tətbiq edilən ikili standartlar, Xocalı soyqırımının tanınması, Azərbaycanın tarixi Zəfəri, Azərbaycan Ordusunun qəhrəmanlığı və peşəkarlığı, rəsmi İrəvanın siyasi təxribatları və hərbi cinayətləri, Azərbaycan-Türkiyə münasibətləri və digər aktual məsələlər barədə dəyərli fikirlərini bildirdi, bir çox önəmli məsələlərə aydınlıq gətirib: "Dövlətimizin başçısının toxunduğu ən mühüm məsələlərdən biri də postmüharibə dövründə bölgədə gedən proseslərlə bağlı idi. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, qayıdış üçün bizə zaman lazımdır: "30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək vaxt tələb edir. Hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaq.. Prezident onu da vurğuladı ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəyir. Biz istəyirik ki, Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Görünür ki, Ermənistan ya buna hazır deyil, ya da bunun əleyhinədir. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda, biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Prezident diqqətə çatdırdı ki, Azərbaycanın konkret təklifləri masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir", - deyə Jalə Əhmədova əlavə edib".
Deputat bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistan və onun xalqının da maraqlarına xidmət edəcək: "Belə ki, Ermənistan dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada biləcək və onlar üçün yeni imkanlar yaranacaq. Prezident onu da qeyd etdi ki, Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun "müzəffər ordu" olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi. Bu gün Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri biz Azərbaycan vətəndaşları sayırıq. Onların sayı dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Ümumilikdə, Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır və Azərbaycan buna hazırdır".
Süleyman