Araikin SAYIQLAMALARI...

 “Adamlar var həmişə sayıqlayırlar. Millətindən, dinindən, mənsub olduğu düçüncədən asılı olmayaraq, bu tip adamlara həyatda, sosial şəbəkədə - çox yerdə rast gəlmək olur.

"Adamlar var həmişə sayıqlayırlar. Millətindən, dinindən, mənsub olduğu düçüncədən asılı olmayaraq, bu tip adamlara həyatda, sosial şəbəkədə - çox yerdə rast gəlmək olur. Onlardan biri də, indiki dövrdə bəlkə də birincisi Araik Arutunyandır". "Olaylar" xəbər verir ki, bunu deyən "Cümhuriyət" qəzetinin baş redaktoru Rafael Becanovun sözlərinə görə, adam dayanmadan sayıqlayır: "Guya müşavirə keçirir, guya Xankəndi ətrafındakı ərazilərə səfərə çıxır və "Artsax"da yaşamaq əzmindən danışır. Hələ də başa düşmür ki, artıq onların təsəvvüründə olan, yalandan özləri üçün mifə çevirdikləri  "Artsax" yoxdur və heç zaman da olmayacaq. Azərbaycan ordusu elə bir preformans göstərib ki, bundan sonra 100 il də keçsə, Ermənistan, ermənilər özlərinə gəlməyəcəklər. Havadarlarının dəstəyi, müttəfiqlərinin təchizatı olsa belə.

Fransanın gücü 44 günlük müharibə dövründə özünü göstərdi. Makron Paşinyan və Ermənistan qarşısındakı öhdəliyinə, verdiyi sözə baxmayaraq, boş danışıqdan o yana gedə bilmədi. Rusiya isə Lavrovun timsalında, Jirinovskinin təxəkliyində nə qədər çalışsa da, Azərbaycan-Türkiyə müttəfiqliyi qarşısında dayana bilmədi. Lavrovun Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyinə Qarabağda iş imkanlarını nəzərdən keçirmək kimi təklifləri də heçdir. Reallıq gücü yoxdur, sadəcə ermənilərə jestdir, blefdir. Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan ərazilərə hər hansı bir şirkəti dəvət etməsinin hüquqi əsası yoxdur və heç bir beynəlxalq şirkət də bunu qəbul etməyəcək. Bu hərəkətlər, təkliflər erməniləri yetim uşaq kimi sevindirmək niyyəti güdür. 

Arutunyan da belə xəbərlərin, sözlərin təsirindən sayıqlayır. Amma elə ermənilərin öz içindən də onun sayıqlamalarına cavablar verilir. Ermənilər özləri bu sayıqlamalardan yorulub "insanlara həqiqəti söyləyin", "o torpaqlar öz sahiblərinə qayıtdı", "boşuna övladlarımızı öldürməyin" yazırlar və Arutunyanı sosial şəbəkələrdə linç edirlər. Linç edirlər, sayıqlamasın və həqiqəti dərk etsin ki, Qarabağ Azərbaycandır! "Şuşa Bəyannaməsi" Ermənistanı da, onun müttəfiqlərini də ömürlük bloklayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31