“Yeganə şansımız daim güclü olmaqdır”- DEPUTAT
“Təəssüf ki, nə Ermənistanda, nə də ermənilik xislətində “şərəf” anlayışı yoxdur”.
18 Avqust 2021 11:55 Siyasət"Təəssüf ki, nə Ermənistanda, nə də ermənilik xislətində "şərəf" anlayışı yoxdur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, qadın, qoca, uşaqlara zülm edən, evləri dağıdan, agacları və heyvanları məhv edən, mina xəritələrini səhv verən, hər kəsə yaltaqlanan biriləri şərəfli ola bilməz, əsla: "Demək ki, biz daim "qeyri-sülh" şəraitində yaşayacağıq, yəni, daim xain hərəkətlərə məruz qalacağıq. Yeganə şansımız daim güclü olmaqdır. Dövlətimiz güclü, liderimiz güclü, xalqımız ayıq-sayıq olmalı, gənclərimiz unutqan olmamalıdır!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31