Qarabağ üzrə üçtərəfli İşçi Qrupu öz işini bərpa edib
Qarabağ üzrə üçtərəfli İşçi Qrupu öz işini bərpa edib
17 Avqust 2021 20:53 SiyasətQarabağ üzrə üçtərəfli İşçi Qrupu öz işini bərpa edib.
Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, avqustun 17-də Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, onun ermənistanlı həmkarı Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk üçtərəfli İşçi Qrupunun növbəti iclasında iştirak ediblər.
İclasda tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasını, həmçinin 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində görülən işləri müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31