İlham Əliyev: “Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarına səfəri bir sıra siyasi və iqtisadi mesajlarla müşahidə olunmaqdadır. Ali Baş komandan tərəfindən verilən mesajlarda Qarabağ torpaqlarının işğal edilməsi, 30 il işğal altında saxlanması səbələrindən tutmuş onun gələcək inkişaf prespektivlərinə qədər bütün məslələr əhatə olunub. Sirr deyil ki, verilən mesajlar işğalçı Ermənistan və onun havadarları üçün ciddi əhəmiyyət daşıyır. Belə ki, Azərvaycanın Qarabağ bölgəsində maraqlarını təmin etməyə çalışan qüvvələr üçün əsil siyasi analiz imkanı yaranıb. Vasitəçi, yaxud katalizator rolunu oynayan dövlət və qurumlar nəhayət anlamalıdırlar ki, İkinci Qarabağ müharibəsi uzun illərdən bəri formalaşmış bir çox miflərin darmadağın edilməsilə yadda qaldı. İlk növbədə qeyd edək ki, "yenilməz erməni ordusu" mifi dağıdıldı - erməni ordusu məhv edildi, hərbi texnika isə "Qənimətlər Parkı"nda yerləşdirilib.  Başqa sözlə, "qəhrəman erməni əsgəri" mifi birmənalı şəkildə məhv edildi. Məlumat üçün qeyd edək ki, 44 gün ərzində Ermənistan Ordusunda 10 min fərari olub, Azərbaycan ordusunda bir əsgər də fərarilik etməyib. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində İkinci Qarabağ müharibəsində erməni mifologiyasının da tamamilə məhv olduğunu bildirən dövlətimizin başçısı deyib: "Çünki uzun illər ərzində, otuz il ərzində ermənilər dırnaqarası "hərbi qələbə" ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu "yenilməz ordu"dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz erməni ordusunu "yenilməz ordu" kimi təqdim edən mifologiyaya son qoyduq". Məlum olduğu kimi, öz havadarlarının dəstəyi ilə torpaqlarımız işğal altında saxlayan ermənilər özləri üçün "görkəmli erməni sərkərdələri" mifi formalaşdırmışdılar. Lakin fakt ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsində  Xocalıda dinc əhalini qıran Koçaryan, Sarkisyan, Ohanyan 44 günlük müharibə zamanı Qarabağa gəlsələr də, Azərbaycan Ordusunun qarşısına çıxmaqdan qorxub Yerevana qaçdılar. Dövlət başçısı qeyd edib ki, Ermənistanda növbəti mif onların dırnaqarası "sərkərdələri" ilə bağlı idi: "Guya Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların generalları oğrudurlar, "tuşenka" satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz?"

"Mən demişəm, bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə. Siz fərarisiniz, qorxaqsınız. Biz sizi məhv etmişik. Xocalı soyqırımında ən fəal rollardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qurtardı, son anda canını qurtardı. Dovşan kimi qaçmışdılar. Biz onları məhv etmişik. Onların dırnaqarası "qəhrəmanlarını", "Artsax", olmayan "Artsax" qəhrəmanlarını məhv etmişik. Onlar bu damğa ilə əbədi yaşayacaqlar. Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər. Necə ki, vaxtilə Xocalını işğal edəndə burada demək olar ki, onlara müqavimət göstərən qüvvə yox idi, mülki vətəndaşlar idi. Bax, bu evlərdə yaşamış mülki vətəndaşlar idi və aprel ayında hələ burada qarlar əriməmişdi, onların böyük hissəsi burada həlak oldu. Onlar buradan Gəncə istiqamətinə, o Murov dağının üstündən, Ömər aşırımından keçərkən onlara pusqular qurdular. Onları - uşaqları, qadınları, qocaları qətlə yetirdilər. Onlar məcbur olub ayaqyalın, qarlı-şaxtalı havada Ömər aşırımından keçərək, on kilometrlərlə yolu qət edərək buradan çıxmalı idilər. Bir çoxları da yolda qaldı, dondu, öldü. Bu, erməni vəhşiliyidir. Biz vəhşiləri məğlub etdik. Biz bölgəni vəhşilərdən, faşistlərdən xilas etdik. Bunu heç kim heç vaxt unutmamalıdır", - deyə dövlətimizin başçısı qeyd edib.

Ermənilər həmçinin "azərbaycanlılar vuruşmayacaqlar" mifini gənclər arasında ideoloji xətt kimi yaymaq yolu tutmuşdular. Bu ideologiyadan yararlanaraq gənclərimizin döyüş ruhunu öldürməyə çalışırdılar. Lakin İkinci Qarabağ dğyüşlərində "Azərbaycanlılar vuruşmayacaqlar" mifi də dağıdıldı: "Növbəti mif isə o idi ki, azərbaycanlılar öz torpaqları uğrunda vuruşmayacaqlar, onlar bu vəziyyətlə barışıblar və əgər otuz ilə yaxın müddət ərzində müharibə başlamayıbsa, bundan sonra da başlamayacaq. Bu mifi də biz dağıtdıq. Biz göstərdik ki, bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildik. Mən bunu dəfələrlə deyirdim. Bütün çıxışlarımda deyirdim ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Bu mifologiya da darmadağın edildi".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31