Ermənistandakı rejimi Azərbaycanla növbəti qarşıdurmaya sürüklənir
30 İyul 2021 11:00 Siyasət"Ermənistan mediası üçtərəfli bəyanat imzalanandan üzü bəri azı 66 hərbçi itirdiklərini yazır. Onlardan 24-ü döyüş tapşırığı yerinə yetirərkən məhv edilib. 42 nəfəri isə xəstəlikdən, qəzadan, silahla ehtiyyatsız davranışdan ölənlər və böyük bir hissəsi də intihar edənlərdir ki, bu da düşmən ölkənin ordusundakı real vəziyyəti çox aydın göstərir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, mümkündür ki, "silahla ehtiyatsız davranış"dan ölən kimi təqdim olunanların da çoxu elə intihar edənlərdir: "Bundan başqa üç "zinvor"ları da yoxa çıxıb ki, hələ bilmirlər onlar hardadırlar. Maraqlıdır, Ermənistandakı parabaş rejimi Azərbaycanla növbəti qarşıdurmaya sürükləyənlər bu reallığı görmürlərmi və guya havadarlıq etdiklərinə heçmi acımırlar?"