Ann Linde: “Ermənistan-Azərbaycan sərhədində təkrarlanan insidentlər böyük narahatlığa səbəb olur”

Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər böyük narahatlığa səbəb olur

Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər böyük narahatlığa səbəb olur.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde özünün "Twitter" səhifəsində yazıb.

O, tərəfləri Azərbaycan, Rusiya və Ermənistanın hökumət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə çağırıb.

"Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər barədə məlumatlar böyük narahatlığa səbəb olur. Tərəfləri son humanitar addımları inkişaf etdirməyə və həll edilməmiş məsələlərin dinc yolla həlli üçün 9 noyabr bəyanatını tam yerinə yetirməyə çağırıram", deyə A.Linde qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31