Türkiyə və Pakistan rəsmiləri Şuşada namaz qıldı

Şuşada səfərdə olan Türkiyə və Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri Yuxarı Gövhərağa məscidində olublar. "Olaylar"ın məlumatına görə, qonaqlara məscidin tarixi, işğal dövründə ermənilərin burada törətdiyi dağıntılar, eyni zamanda, Şuşanın azad edilməsindən sonra ibadət ocağında aparılan təmir-bərpa işləri barədə məlumat verilib. Nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıb, dua ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31