Deputat: “ABŞ  regionda doğrudan da vəziyyətin normallaşmasını istəyirsə...”

“Düşmən Basarkeçərin etnik təmizləmə apardığı kəndlərindən birindən-Yuxarı Şorcadan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutub.

"Düşmən Basarkeçərin etnik təmizləmə apardığı kəndlərindən birindən-Yuxarı Şorcadan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutub. Tutub və öncəki günlər olduğu kimi susdurulub. Oxuyuram ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Azərbaycanla Ermənistanı atəşi dayandırmağa, sərhəddə gərginliyi azaltmağa və Minsk qrupu həmsədrlərinin vasitəçiliyi altında danışıqlara başlamağa çağırıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  cənab Praysın fikrincə,  "ancaq yerdə qalan məsələlərin hərtərəfli həlli iki ölkə arasında əlaqələri normallaşdıra və region əhalisinin sülh içində yaşamasına imkan verərdi". "Yerdə qalan məsələlərin" arasında azərbaycanlıların  mövqelərimizin atəşə tutulduğu Badarkeçər qarışıq indi Ermənistan adlanan ölkədəki öz doğma yurd yerlərinə qayıtması da varsa, Dövlət Departamentinə beynəlxalq normalara sayğısından dolayı təşəkkür düşür: "Minsk qrupu həmsədrlərinin vasitəçilik məsələsinə gəldikdə isə keçmişin təcrübəsi göstərir ki, həmən dövlətlər 28 ildə məsələnin həllindən daha çox ancaq və ancaq ondan öz maraqları baxımından necə faydalanmağı düşünüblər. Ona görə də ABŞ  regionda doğrudan da vəziyyətin normallaşmasını istəyirsə, onda Azərbaycan Prezidentinin bununla bağlı beynəlxaq hüquqa əsaslanan təklifi ortadadır, onu dəstəkləməli, tərəfləri, daha dəqiqi bundan boyun qaçıran Ermənistanı bir-birinin sərhədlərinin toxunulmazlığını tanımağa, sülh anlaşması imzalamağa  çağırmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31