Leyla Abdullayeva: "Ermənistandakı müəssisələr zəhərli tullantıları Oxçuçaya axıdaraq bölgənin ətraf mühitini zəhərləyir"
"Ermənistandakı hasilat və emal müəssisələri zəhərli tullantıları Oxçuçay çayına axıdaraq bölgənin ətraf mühitini zəhərləyir"
28 İyul 2021 19:31 Siyasət"Ermənistandakı hasilat və emal müəssisələri zəhərli tullantıları Oxçuçay çayına axıdaraq bölgənin ətraf mühitini zəhərləyir".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də bildirib.
Onun sözlərinə görə, bu tullantılar çayın faunasını məhv edir və insan sağlamlığı üçün təhlükəlidir.
"İnsanlar və ətraf mühitin zəhərləndirilməsi dayanmalıdır!", Azərbaycan XİN sözçüsü vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31