Politoloq : “Yeni dünya nizamı Avrasiyada qurulur”

Bakı Bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan blokunun ilk təməli hesab oluna bilər. Bunun davamı olaraq, müttəfiqlik bəyannaməsinin gündəmə gələcəyi də istisna deyil

"Bakı Bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan blokunun ilk təməli hesab oluna bilər. Bunun davamı olaraq, müttəfiqlik bəyannaməsinin gündəmə gələcəyi də istisna deyil". 

SƏRHƏDDƏ ŞİDDƏTLİ DÖYÜŞLƏR DAVAM EDİR - Ölü və yaralılar var

"Olaylar" xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib. Politoloq bildirib ki, Avrasiyada əsas oyunçuya çevrilən Çin "Bir kəmər, bir yol" layihəsinə görə bu mümkün blokda maraqlıdır, xüsusilə ABŞ-ın Əfqanıstandan çıxması və Taliban üzərindən Pekinə qarşı "tələqurma" siyasəti fonunda: "Rusiya da Mərkəzi Asiyanın təhlükəsizliyi və geosiyasi dəyişiklikdən kənarda qalmamaq üçün mümkün blokla əməkdaşlıqda maraqlı ola bilər. Çünki pandemiyadan sonra haqqında tez-tez bəhs edilən yeni dünya nizamı Avrasiyada qurulur.  Ən vacib məqam Azərbaycanın yeni nizamda siyasi və iqtisadi gücün birləşdiricisi, paylayıcısı olmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31