Şentop “Bakı bəyannaməsi”nin əsas prioritetini açıqladı

"Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri arasında imzalanan "Bakı bəyannaməsi" çox mühüm əhəmiyyət kəsb edir". "OLaylar" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bakıda keçirdiyi mətbuat konfransında deyib. TBMM sədrinin sözlərinə görə, bu platforma hansısa dövlətlərə qarşı yönəlməyib: "Türkiyə və Pakistan Azərbaycanı hər zaman dəstəkləyib".

"Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan "Bakı bəyannaməsi"nin əsas prioritet istiqamətlərindən biri parlamentlərarası əlaqələrin genişləndirilməsidir", - deyən M.Şentop vurğulayıb ki, beynəlxalq platformalarda birlikdə hərəkət etmək məsələsi bəyənnamədə yer alıb: "Azərbacanın deputatlarının yer almadığı beynəlxalq arenada Türkiyə deputatları qardaş ölkənin haqlarını müdafiə edir. İslamofobiya ilə bağlı mücadilədə birgə mübarizə aparmaq əsas hədəflərdəndir. Bunlar ilk addımdır".

Qeyd edək ki, ötən gün Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə "Bakı Bəyannaməsi" imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31