Azərbaycan XİN-dən Ermənistana çağırış
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın sərhəddə növbəti təxribatları ilə bağlı açıqlama yayıb.
28 İyul 2021 11:00 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın sərhəddə növbəti təxribatları ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir:
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, 28 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub. Nəticədə, iki hərbi qulluqçumuz yaralanıb.
Vurğulayırıq ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.
Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.
Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31