Leyla Abdullayeva: "Sərhəd boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır"
"Azərbaycan-Ermənistan sərhədi boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır"
28 İyul 2021 10:18 Siyasət"Azərbaycan-Ermənistan sərhədi boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də bildirib.
"Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər hissəsində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub. 2 Azərbaycan hərbçisi yaralanıb. İki dövlətin dövlət sərhədi boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır!", -deyə Azərbaycan XİN sözçüsü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31