Türkiyə daim Azərbaycanın yanındadır: Mustafa Şentop

Ermənistanın Naxçıvana və Azərbaycanın digər sərhəd bölgələrinə hücumları regionda təhlükəsizliyə təhdiddir.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Şentop bildirib ki, bu hücumlar Ermənistanın bölgə müharibəsi çıxarmaq potensialı olduğunu göstərdi.
M.Şentop Türkiyənin daim Azərbaycanın yanında olduğunu  deyib: "Mən 44 günlük Vətən müharibəsi zamanı da Bakıya gəlmişdim, o zaman da Azərbaycanın yanında idik. Ermənistanın mülki insanlara qarşı cinayətlərinə diqqət çəkmək üçün Gəncəyə getdik, yaralıları da ziyarət etdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31