Ermənistan uğrunda Avropa İttifaq, Fransa, Rusiya mübarizəsi yeni mərhələyə keçib
Ermənistan Baş naziri N.Paşinyanın Rusiyanın ölkəsində mövqeyini zəiflətmək istiqamətində atdığı addımlardan biri üç tərəfli bəyanatalardan yayınaraq Avropa İttifaqı və Fransanın təhriki yeni bir siyasi mərhələ başlatmaqdır
27 İyul 2021 12:58 Siyasət"Ermənistan Baş naziri N.Paşinyanın Rusiyanın ölkəsində mövqeyini zəiflətmək istiqamətində atdığı addımlardan biri üç tərəfli bəyanatalardan yayınaraq Avropa İttifaqı və Fransanın təhriki yeni bir siyasi mərhələ başlatmaqdır. Bu prosesə məhz ABŞ -da dəstək verir. Fransa, ABŞ-da Türkiyənin regionda planlaşdırdığı "Altılıq" platformanın qarşısını almağa çalışır. Məhz Ermənistan rəhbərliyi bununla "Zəngəzur" dəhlizinin açılmasından yayınmaq və Qarabağa status əldə etmək üçün danışıqlar prosesinə başlamağa çalışır".
"Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiyada idarə olunan bir münaqişə yartamaq, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməməsi üçün bu prosesdə maraqlıdır. Amma, Rusiya Fransa qoşunlarının Ermənistana göndərilməsində maraqlı deyil: "Nikol Pşainyanın Fransa ordusunun Ermənistanla Azərbaycan dövlətinə dəvət etməkdə əsas məqsədini Azərbaycanla böhrana görə etdiyini qeyd etsədə əsasən, Rusiyaya qarşı yönəlmiş bir addımdır. Bununla da Rusiyanın hərbiçilərini ölkəsindən çıxarmaq, Qərbin dayaqlarını Ermənistanda möhkəmlətməkdir. Ermənistan uğrunda Avropa İttifaqı və Fransa, Rusiya ilə mübarizə yeni mərhələyə keçib. Məhz bu proseslər davam etdikcə, Ermənistan üç tərəfli razılaşmalara getməyəcək. Fransa və Avropa İttifaqı Ermənistanın təklifləri ilə Azərbaycana təzyiq etmələri fonunda Qərbin hazırkı siyasəti uğurlu olmayacaq. Əgər, Fransa və Avropa İttifaqı üçtərəfli razılamlara dəstək verəcəklərsə, Ermənistan siyasətləri uğurlu ola bilər. Hazırda isə, buna gedilmir. Ümumi porses gərgin olaraq qalır və Azərbaycan mütləq şəkildə Ermənistana ciddi təzyiqlər edib, üç tərəfli razılaşmaların yerinə yetirilməsinə nail olmalıdır. Bu, siyasi gedişatla müəyyən qədər Rusiyada Azərbaycanla hesablaşır".