Azərbaycanın Malayziyada yeni səfiri təyin edilib
23 İyul 2021 15:26 SiyasətPrezident İlham Əliyev İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.
AZƏRTAC bildirir ki, Sərəncamla İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Qaley Əliyeviç Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31