Qarabağda qılınan bayram namazı ilə çox xoşbəxt və sevincliyik

"Builki  Qurban Bayramında çok sevincliyik. Çünki 30 ildir işğal altında saxlanılan Qarabağ işğaldan azad edilib, Türk düşməni olan ermənilər Türk yurdu olan  Qarabağdan çıxarılıb".  "OLAYLAR" xəbər verir ki, bu fikirləri İqdır Azərbaycan Evinin rəhbəri Sərdar Ünsal səsləndirib. O bildirib ki, dünənə qədər erməni bayrağı dalgalanan torpaqlarda artıq üçrəngli Azərbaycan bayrağı dalgalanır: "Bu gün Qarabağda qılınan bayram namazı ilə çok xoşbəxt və sevincliyik. Bu bayram müsəlman aləminə, Türk dünyasına sabitlik, sevinc və sülh gətirsin. Əzan səsləri heç zaman susmasın. Qurban bayramınız mübarək olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31