Şuşaya erməni hücumu barədə Rusiyadan qəribə bəyanat...
15 İyul 2021 14:32 Siyasət"Rusiya Müdafiə Nazirliyi iyulun 13-də Şuşa ətrafında baş vermiş olaylarla bağlı belə məlumat yayıb." Şuşanın şimal-qərbində Ermənistan silahlı qüvvələri ilə Azərbaycan silahlı qüvvələri arasında nizamsız atışma olub." Məkumatın sonrası əhəmiyyət kəsb etmir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Aydın Quliyevin sözlərinə görə, Şuşanın şimal-qərbində Ermənistan silahlı qüvvələri nə gəzir? Orada ancaq qanunsuz erməni silahlı dəstələrindən danışmaq olar ki, onların da bu günə qədər tərksilah edilməməsi sülhməramlılara qarşı kəskin suallar ortaya qoyur: "Axı 10 noyabr sənədinə görə Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağın ərazisini dərhal tərk etməli, onların yerini dərhal sülhməramlılar tutmalı idi. Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması öhdəliyi niyə icra edilməyib?"