Rusiya Qarabağda sülhməramlı missiyasını yerinə yetirmir

Son günlər Ermənistan tərəfinin ardıcıl və intensiv şəkildə həm Ermənistan-Azərbaycan dövlət sərhəddində atəşkəsi pozması, həm də rus "sülhməramlıları"n nəzarətində olan ərazilərdən, xüsusilə də Şuşada yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutması halları getdikcə daha da artmaqdadır. Düşmən tərəfindən bu cür təxribatların son zamanlar belə intensiv hal alması və rus "sülhməramlıları"nın bu hallara göz yumması onu göstərir ki, regionda vəziyyətin pisləşməsində və qeyri-sabitliyin yaranmasında   Ermənistan qədər Rusiya tərəfi də maraqlı görünür.

Son günlər Ermənistan tərəfinin ardıcıl və intensiv şəkildə həm Ermənistan-Azərbaycan dövlət sərhəddində atəşkəsi pozması, həm də rus "sülhməramlıları"n nəzarətində olan ərazilərdən, xüsusilə də Şuşada yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutması halları getdikcə daha da artmaqdadır. Düşmən tərəfindən bu cür təxribatların son zamanlar belə intensiv hal alması və rus "sülhməramlıları"nın bu hallara göz yumması onu göstərir ki, regionda vəziyyətin pisləşməsində və qeyri-sabitliyin yaranmasında   Ermənistan qədər Rusiya tərəfi də maraqlı görünür.

Elə siyasi ekspert Samir Hümbətov da bu qənaətdədir. Onun sözlərinə görə, buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərinin Şuşaya səfəri zamanı ABŞ və Fransa səfirləri kimi Rusiya səfirinin Şuşaya səfər etməməsinin arxasında da məhz "neytrallıq" yaratmaq deyil, həm də özünün niyyətlərini ifadə etmək dayanır: "Ermənistan terrorçularının hələ də rus "sülhməramlıları"nın nəzarətində olan ərazilərdə qalması 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin bəndlərinə zidd olmaqla yanaşı, həm də regionda qeyri-sabitliyin davam etməsində maraqlı olan qüvvələrin istəklərini təmin etmə kimi də qiymətləndirmək olar. Təəssüflə demək lazımdır ki, rus "sülhməramlıları" baş verən hadisələrə bilərəkdən göz yumur. Bunlara baxmayaraq özünü zorla vasitəçi kimi təqdim etməyə çalışan Rusiya tərəfi regionda vəziyyətin nəzarət altında olduğunu və sabitliyin hökm sürdüyünü israrla bildirir".

Samir Hümbətovun sözlərinə görə, vəziyyətin qeyri-sabit qalmasında maraq ondan ibarətdir ki, Azərbaycanın tələb etdiyi Zəngəzur koridoru məsələsi, Qazaxın 7 kındi, Naxçıvanın Kərki kəndi, Mimaların xəritələrinin verilməsi, sərhədlərin delmitasiya və demarkasiyası, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamələrində nəzərdə tutulmuş öhdəliklərin icrası məsələsi yubadılsın: " Həmin məsələlərə fokslanmış fikirlər başqa istiqamətə yönləndirilsin". Bəs baş verən hadisələrlə bağlı Azərbaycan tərəfi hansı addımları ata bilər yaxud atmalıdır?

Ekspert hesab edir ki, ilk növbədə regionda güc balansını təmin etmək və rus "sülhməramlıları"nın fəaliyyətində düzəlişlər etmək məqsədilə Türkiyə sülhməramlılarının da bu bölgəyə gətrilməsini Azərbaycan tərəfi təmin etməlidir: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə hərbi bazalarının yerləşdirilməsi Azərbaycan tərəfindən təmin olunmalıdır. Şuşanın işğal altında qalan 30-dan çox kəndinin azad edilməsi məqsədi ilə anti-terror əməliyyatı Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilməlidir". Samir Hümbətov bildirib ki, bundan başqa erməni terrorçuları tərəfində atəş altında saxlanılan Qırmızı Bazar ərazisi və Xocalının işğal altında saxlanılan kəndlərinin geri qaytarılması üçün Azərbaycan silahlı qüvvələri tərəfindən anti-terror əməliyatı keçirilməlidir: "Rus "sülhməramlıları"ndan erməni terrorçularını ən qısa zamanda nəzarət etdikləri ərazilərdən çıxarmaları tələb olunmalıdır. Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətə Ermənistan tərəfindən təxribatların davam etməsi və buna görə də Ermənistana təzyiqlərin davam etdirilməsi məsələsinin gündəmə gətirilməsini tələb etməlidir. Görünən odur ki, humanizm prinsipləri, insani dəyərlər ermənlər üçün yad anlayışdır. Məncə hər kəslə öz dilində danışmaq daha məntiqə uyğun olar".

Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqqəti yerləşdiyi ərazilərdə növbəti dəfə qanunsuz erməni silahlı birləşələri Şuşa ətrafında bölmələrimizi atəşə tutub. O bildirib ki, artıq Rusiya Qarabağda sülhməramlı missiyasını yerinə yetirmir və Azərbaycan öz ərazisindən atəşə məruz qalır: "10 noyabr Birgə Bəyannamənin 4-cü bəndi yerinə yetirilmir, hətta buradakı silahlı ermənilər Azərbaycana qarşı silahlı hücumlar təşkil edir. Azərbaycan hərəkətə keçməlidir. 1990-cı illər deyil ki, Rusiya hərbiçiləri olduğu üçün biz seyrçi qalacağıq. Qarabağdakı ermənilərin bu fəaliyyətinə Rusiya məsuliyyət daşıyır".

Politoloq qeyd edib ki, buna baxmayaraq Rusiya bununla N. Paşinyan hakimiyyətini çətin bir vəziyyətə salaraq Azərbaycanla mümkün danışıqları sabotaj edir: "Qarabağdakı erməni separatçıların fəaliyyəti birbaşa Ermənistan hakimiyyətinin və xalqının əlehinə işləyir. Bunu N. Paşinyan da çox gözəl anlayır və çıxış yolu kimi  Rusiyanın ölkəsində mövqelərini zəiflətməyə çalışacaq. Müharibədən sonra, Rusiya Qarabağda elə bir vəziyyət yaradır və göstərmək istəyir ki, münaqişə bitməyib".

Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda seçkilərdən sonra Azərbaycanla danışıqların başlanması gözlənilirdi: "Rusiya məhz bunun qarşısının alıması üçün Qarabağda erməni təxribatlarına rəvac verir. Baş verənlər Kremldən idarə olunur. Ermənistanın Qarabağda kiçik bir ərazidə heç bir siyasi-hərbi mövqeyi yoxdur. Rusiya 10 noyabr və 11 yanvar razılaşmalarını bununla sabotaj edir. Regionda sülhün və təhlükəsizliyin əldə edilməsi, Zəngəzur dəhliznin açılması, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi Qərbin regionda təsirinin artmasına gətirib çıxaracaq. Ona görə də Rusiya bunun qarşısını almaq üçün istənilən varianta əl atacaq. Hətta sərhəddə erməni silahlılarının Azərbaycana hücumunu təşkil edəcək. Qarabağdakı erməni silahlılarının postlarımıza hücumunu təhrik edəcək".

Politoloq qeyd edib ki, baş verənlər Ermənistanda vəziyyəti daha da çətinləşdirəcək: "N. Paşinyan seçkidə söz verdiyi kimi sülh və iqtisadii ikişafı təmin edə bilməyəcək. Bu da xalqda ciddi narazılıq doğuracaq. Nəticədə Qarabağ klanı və R. Koçaryan Rusiyanın dəstəyi ilə hərəkətə keçəcək. Rusiya bununla N. paşinyanın mövqelərini sarsıtmağa çalışır.  Rusiya post-münqaişə dövründə sülhün və təhlükəsizliyin əldə edilməsinə mane olur. Rusiyanın əsas planı bundan ibarətdir.  Ona görə də N. Paşinyanın hakimiyyəti təhlükəli ssenariyə keçir. Azərbaycana qarşı Rusiyanın təzyiqləri müsbət nəticə verməyəcək. Rusiyanın mövqeləri daha da zəifləyəcək. Azərbaycan Türkiyə ilə birgə regionda daha da güclənəcək. Azərbaycan Qarabağda erməni silahlı birləşmələrini zərərləşdirməlidir. Prezident İlham Əliyev baş verənləri sükutla qarşılamayacaq. Yaxın vaxtlarda Rusuya və erməniləri təşvişə salacaq yeni bir planın şahidi ola bilərik".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31