Qarabağda daha 7 erməni hərbçinin meyiti tapıldı

Qarabağ münaqişəsi zonasında aparılan axtarış əməliyyatları zamanı daha 7 erməni hərbçinin cəsədi Hadrut ərazisində tapılıb.

Bu haqda məlumatı "Sputnik Ermənistan" yayıb. Meyitlərin qalıqları Suqovuşan və Xocavənd rayonu ərazisində aşkarlanıb. Ölən hərbçilərin şəxsiyyətini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək. 

Ümumilikdə münaqişə zonasında 1611 erməni hərbçinin cəsədi və yaxud qalıqları tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31