Politoloq: “Ermənilər başa düşmürlər ki, dövlətin maraqları tələb edirsə taktiki məsələlərdə dəyişiklik etmək zəruridir”
16 Aprel 2021 11:07 Siyasət"Ermənilər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin onlara qarşı yeritdikləri siyasəti başa düşmədikləri barədə şikayətlənirlər. Onlar İlham Əliyevin bir yerdə Zəngəzur, Göycə, İrəvana qədər gedəcəklərini elan etdiyi halda, digər çıxışında Azərbaycan xalqının ermənilərlə birlikdə yaşamağa hazır olduğunu bildirməsini başa düşə bilmirlər. Hesab edirlər ki, Rusiyanın ən nüfuzlu diplomatiya universitetini professoru, Heydər Əliyevin həyat akademiyasının məzunu olan İlham Əliyev xarici siyasətdə həmişə bir xətt üzrə hərəkət edəcək". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, ermənilər başa düşmürlər ki, dövlətin maraqları tələb edirsə taktiki məsələlərdə dəyişiklik etmək zəruridir: "İlham Əliyev də bu gün məhz Azərbaycan xalqının və dövlətçiliyinin maraqlarına xidmət edən addımlar atır. Bu zaman maraqlar ermənilərlə yaxınlaşmağı tələb etsə belə. Digər tərəfdən, artıq yüz ildir ki, dövlətlər arasında "qamçı və kökə" siyasətindən ( sərt və yumşaq güc) geniş istifadə edilir. Bəzən böyük dövlətlər nəzarəti altında olan dövləti "qamçıladıqdan" ( "sərt güc" - 44 günlük müharibə) sonra onu şirnikləndirmək üçün "kökədən" istifadə edirlər. Buna siyasətdə son zamanlar "yumşaq güc" də deyirlər".