Paşinyanın “İsgəndər” sayıqlamaları ona baha başa gələcək

Rusiya seçkiöncəsi əlinə düşən fersətdən maksimum istifadə edəcək

Ermənistanda iyunun 20-nə təyin olunmuş növbədənkənar parlament seçkisinə  qeyri rəsmi olsa da start verilib. Baş Nazir Paşinyan seçki kompaniyası çərçivəsində Rusiyaya səfər edib Putinlə görüşdükdən sonra bu kompaniyanı parlamentdə davam etdirməyə başlayıb. Hiss olunur ki, Paşinyanın seçkiqabağı kompaniyası bir neçə mərhələdən ibarət olacaq. İlk mərhələ onun seçkiyə qatıla biləcək və ya elektorata onun əleyhinə təsir göstərə biləcək oppanentlərinın sıradan çıxarılması mərhələsidir. Maraqlıdır, Paşinyan Rusiyanın köməyi olmadan bu vəzifənin öhdəsindən gələ biləcəkmi?

Siyasi analitiklərin qənaətinə görə, Rusiyanın Paşinyana qarşı münasibəti birmənalı olmadığından onun parlament seçkilərindən qalib çıxacağı şübhə altında qalır. Belə ki, Rusiyanın Paşinyandan üz çevirməsində əsas səbəb kimi baş nazirin "İsgəndər" raketi ilə bağlı sayıqlamaları göstərilir. Paşinyanın "İsgəndər" sayıqlamaları təkcə ona qarşı münasibətə deyil, eləcə də dövlətlərarası ikitərəfli münasibətlərə də mənfi təsirini göstərib. Məlumata görə, Putinin Paşinyanı Moskvaya çağırmasanda əsas məqsəd heç də iki ölkə arasında ticarət dövriyyəsinin artırılması yollarını müzakirə etmək olmayıb. Putin daha ciddi məsələləri gündəliyə qoyub və elə buna görə də görüş 3 saatdan artıq davam edib. O, hər şeydən əvvəl Paşinyandan "İskəndər"raketləri ilə bağlı dediyi xoşagəlməz ifadələrlə Rusiya Hərbi Sənaye Kompleksinə vurduğu ziyan haqqında izahat istəyib və bu ləkənin təmizlənməsi üçün erməni baş nazirdən təsirli addımlar atmağı tələb edib. Bu addımların da Rusiyadan yeni hərbi texnka alınmasından ibarət olacağı heç kimdə şübhə yaratmır. Hər alınan silah partiyasının Ermənistana təqdim olunması zamanı Paşinyan Rusiya silahının üstünlükləri barədə mədhiyyələr oxumağa məcbur ediləcək. Paşinyanın görüşə getməzdən qabaq Rusiyadan hərbi texnika alınmasının gündəlikdə olduğunu elan etməsi dediklərimizin əyani sübutudur. Putin Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyətin müzakirə mövzusu olmasını deməklə heç də Rusiya sülhməramlılarının fəaliyyəti ətrafında gedən prosesləri nəzərdə tutmayıb. Onu ən çox maraqlandıran üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiya xətlərinin açılması məsələsidir. Bu, Rusiya üçün Qafqaz və Yaxın Şərqlə əlaqələrin intensivləşdirilməsində ikinci nəfəs səciyyəsi daşıyır. Əgər Paşinyan Rusiya silahlarının üstünlükləri barədə təsiredici addımar ata bilsə, heç şübhəsiz ki, seçkilərdə bu ölkənin dəstəyini ala biləcək. Yayılan məlumata görə, Putin iyunun 20-nə təyin olunmuş növbədənkənar seçkilərdə Paşinyanın daha çox səs toplaması haqqında düşünür və seçkiyə qədər olan müddətdə onun nüfuzunun artırılması istiqamətində təşəbbüslər edəcək. Bu isə ona dəlalət edir ki, Rusiya höküməti tərəfindən silahla bağlı Ermənistandan tələb olunan bütün məsələlərdə Putinə güzəştə gedib. Politoloq Əlimusa İbrahimov qeyd edib ki, Ermənistan Baş Nazirinin yaxın çevrəsinə daxil olan mənbənin verdiyi məlumata görə Belarus Prezidenti Aleksandr Lukaşenkonun  Bakıya səfər edib Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşəcəyini eşidən Paşinyan zəng edərək Batyadan ilham Əliyevlə görüşü zamanı Azərbaycan rəsmilərinin  Ermənistan əhalisini səksəkəyə salan bəyanatlar verməməmsini xahiş edib: "Paşinyan heç olmasa iyunun 20-nə nəzərdə tutulmuş seçkilərə qədər Azərbaycanı dözməyə çağırıb. O deyib ki, İlham Əliyevin son çıxışı zamanı Zəngəzur, Göycə, Yerevana qədər gedəcəklərini dedikdən sonra qorxuya düşən Yerevan sakinləri Rusiya səfirliyi qarşısında növbəyə dayanıblar ki, onların Rusiyaya getməsinə şərait yaratsınlar. Paşinyan ehtiyat edir ki, nəzərdə tutulan seçki zamanı ermənistanda səs verməyə adam qalmasın. Kvorum düzəlməyə bilər. Baş Nazirin fikrincə,  seçkidən sonra onsuz da Paşinyan hakimiyyəti ölkədə ermənilərin xaricə kütləvi axınına kömək edəcək reformalar həyata keçirəcək. Çünki o erməni millətini düşünən həqiqi liderdir. Nikol hesab edir ki, əgər millət  ermənistanda əziyyət çəkrsə niyə də gedib Rusiyada yaşamasınlar. Batyanın Paşinyanın xahişinin İlham Əliyevə çatdırıb-çatdırmaması haqqında rəsmi məlumat yoxdur". Sadalanan faktlar deməyə əsas verir ki, Rusiya hələ uzun müddət "İsgəndər" raketi faktından Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə edəcəyi şübhə doğurmur. Belə bir şəraitdə Azərbaycan Ermənistan tərəfindən atılan "İsgəndər" raketi, onun törətdiyi və törədə  biləcəyi fəsadlar, işğalçı dövlətin sözügedən kütləvi qırğın silahını necə əldə etməsi barədə dünya ictimaiyyətinə əsil həqiqətləri çatdırmaq istiqamətində fəaliyyətini davam etdirmməlidir.

Zəka  

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31