Düşünürük ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanımayacaq - Çavuşoğlu
15 Aprel 2021 12:37 SiyasətKeçmişdə də ABŞ prezidentləri qondarma "erməni soyqırımı" məsələsinə toxunub.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə mətbuatına müsahibəsində deyib.
O bildirib ki, ABŞ beynəlxalq hüququ diqqətə alsa, bu "soyqırım"ı tanımaq qərarını verməz:
"Düşünürük ki, aprelin 24-də ABŞ belə bir qərar verməyəcək. Ən pis halda, tanıdığını fərz etsək, bir siyasətçinin sözləri ilə bu məsələ həll olunmur. BMT 1948-ci ildə bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə bildirib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31