Vüqar Bayramov: “Belarus Azərbaycanın haqq işinə də hər zaman dəstək verən dövlətlərdəndir”

"Belarus Azərbaycanın 2015-ci ildən sonra qarşılıqlı ticarət dövriyyəsi hər il əvvəlki ilə nisbətən artan tərəfdaşlarındadır. Belə ki, 2015-ci ildə Azərbaycan ilə Belarus arasındakı ticarət dövriyyəsi 93.6 milyon dollar olsa da, bu göstərici 2016-ci ildə 124.5, 2017-ci ildə 147.7, 2018-ci ildə 203.7, 2019-cu ildə isə 227.3 milyon dollar olub". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, 2020-ci ildə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 313 milyon dolları ötüb: "Bu da 2019-cu illə müqayisədə 86 milyon dollara yaxın çoxdur. Bu isə Belarusun Azərbaycan üçün vacib ticarət tərəfdaşlarından biri olmasından xəbər verir. Belarus Azərbaycanın haqq işinə də hər zaman dəstək verən dövlətlərdəndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31